"Təəssüf ki, İran-İraq təhlükəsizlik sazişinin bəzi müddəaları hələ də yerinə yetirilməyib. Biz hələ də Kürdüstanda terror hərəkətlərini müşahidə edirik və bu, bizim üçün qəbuledilməzdir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vahid Cəlalzadə bildirib.

Onun sözlərinə görə, İraq İranla təhlükəsizlik sazişinin bəzi müddəalarına əməl etmir:

"İran İraqı bu sazişə daha çox diqqət yetirməyə və ərazilərdən anti-İran fəaliyyətləri üçün istifadə edilməsinə imkan verməməyə çağırır".

Xatırladaq ki, ötən ilin martın 19-da Bağdadda İraq və İran arasında təhlükəsizlik sazişi imzalanıb. Sazişə görə, İraq öz ərazisində başqa ölkələrin suverenliyini pozan hər hansı bir hərəkətə icazə verməyəcək.

 

Gözəl Həşimova