Türkiyə Turizm Agentləri Birliyi (TÜRSAB) ilə İran Hava yolu Nəqliyyatı və Turizm Agentlikləri Birliyi (AATTAI) iki ölkə arasında turizm potensialını inkişaf etdirmək və turist sayını artırmaq məqsədilə iş birliyi anlaşması imzalayıb.

İqtisadiyyat.az türk mediasına istinadla bildirir ki, Tehranda baş tutan görüşə Türkiyənin İrandakı səfiri Professor Dərya Örs, İranın Mədəniyyət və Turizm naziri Əli Əsgər Munisan, TÜRSAB İdarə Heyətinin sədri Firuz Bağlıqaya və AATTAI-nın rəhbəri Hörmətullah Rəfi də qatılıb.

ol_190212_145146.jpg

“Türkiyədən İrana az turist gedir”

Səfir Dərya Örs , İran və Türkiyənin bölgədə bir-birindən ayrılmaz iki böyük ölkəsi olduğunu dilə gətirərək, “Əgər biz potensiallarımızı bir araya gətirsək bölgədə Türkiyə və İrandan başqa ikinci dövlət söz sahibi ola bilməz” deyib. Arada olan əsas problemlərdən birinin turizm olduğunu deyən səfir,”Türk və İran rəhbərliyinin təcili işlər görəcəyi təqdirdə məsələnin necə həllini tapacağını bilirik” deyə açıqlama verib. Türkiyədə çoxlu sayda iranlı turistin olduğu halda, İranda türk turistin az olduğunu deyən Örs, bunun səbəbinin də otelçilik sahəsində mövcud olan çatışmazlıqlardan irəli gəldiyini ifadə edib.

9hn.jpg

İran Mədəniyyət və Turizm naziri Əli Əsgər Munisan da İranın Türkiyə ilə bölgənin bir gücü olduğunu deyərək, “Sanksiyalara və sıxıntılara rəğmən inkişaf etdirmək istədiyimiz sahələrdən biri turizmdir. İrana əvvəlki illərdə 450 min turist gəldiyi halda bu rəqəm 6 milyona qalxıb. İran təqviminə görə, yeni ilə qədər bu rəqəmin 7 milyona çatmasını gözləyirik. Üzərimizdə olan sanksiya və qadağalara baxmayaraq bu nəticəyə gəlib çıxa bilmişik” deyə fikirlər səsləndirib.

TÜRSAB İdarə heyətinin sədri Firuz Bağlıqaya razılaşmanın hər iki ölkənin turizm əlaqələrini artıracağını və turizmdən gələn gəlirlərin çoxaldacağını deyib. AATTAI rəhbəri Hörmətullah Rəfi isə öz növbəsində bunları söyləyib: “İranda təxminən 8 milyon insane xarici ölkələrə çıxır. Onlar da əsasən iki müsəlman ölkəsi Türkiyə və İraqa gedirlər. Ancaq Türkiyədən İrana gələn turist sayı 4%-dən aşağı bir nəticə təşkil edir. TÜRSAB rəhbərliyi ilə gəldiyimiz razılıqda iki ölkə arasında turist sayının qarşılıqlı olmasına çalışacağıq”.