ABŞ və İran əsirlərin mübadiləsinə dair 5/5 formatında razılığa gəliblər.

İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

Onun sözlərinə görə, bu mübadilə çərçivəsində İran ABŞ-dən 6 milyard dollar alacaq və bu pulu humanitar əməliyyatlara xərcləyə biləcək. Razılaşmaya əsasən, ABŞ həbsxanasında saxlanılan 5 İran vətəndaşı azadlığa buraxılacaq. Dörd ABŞ vətəndaşı isə artıq İran həbsxanasından azad edilib.

Dövlət katibi onu da qeyd edib ki, ABŞ heç bir halda İrana qarşı sanksiyaları ləğv etməyəcək.

 

Gözəl Həşimova