Bir müddət öncə Bakının Xətai rayonu, Abdulla Rəhimov küç 3 ünvanında yerləşən qarajların sırf avtomobil təmiri kimi istifadəsinin sakinlərə yaratdığı problem barədə məlumat vermişdik.

Şikayətçi Səddam Əhmədov adlı vətəndaşın İqtisadiyyat.az-a verdiyi məlumata görə, artıq problem öz həllini tapıb. 

Belə ki, müvafiq qurum bina sakinlərinin yaşayış şərtlərinə əngəl törədən problemləri aradan qaldırıb:

"Qarajlardan yenə də maşın təmiri obyekti kimi istifadə olunur. Sadəcə olaraq yoldan istifadəyə mane törədən istifadəyə yararsız avtomobillər yığışdırılıb. Bundan başqa, yol təmizlənib və istifadəsinə şərait yaradılıb. Xüsusən də 1 və 3-cü qarajın sahibi maşınların yola yığılmasına, burada hissələrə bölünüb satılmasına şəriat yaradır. Bu isə bina sakinlərinin yoldan istifadəsini mümkün edir. Lakin bütün hallarda artıq yol təmizlənib  və alternativ yol kimi istifadə etmək olur".

Qeyd edək ki, uzun illər əvvəldən qalan Beton zavoduna məxsus 10 mərtəbəli yaşayış binasının qarajları satılandan sonra ayrı-ayrı şəxslər tərəfindən icarəyə verilib. Qarajlardan sırf avtomobil təmiri obyekti kimi istifadə olunması isə bina sakinlərinin yaşayış şərtlərini çətinləşdirirdi. Çünki istifadəyə yararsız avtomobillər yolun daralmasına və bina sakinlərinin yoldan istifadəsinə mane olurdu. Şikayətlə BURADAN daha ətraflı tanış ola bilərsiniz.

Gülşən Şərif