Qlobal bankçılığın mərkəzi kimi tanınan Böyük Britaniya banklara əlavə vergi tətbiq etməyi planlaşdırır.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, İtaliya hökuməti banklara əlavə vergi tətbiq etdikdən sonra Böyük Britaniya da eyni təcrübədən istifadə etmək istəyir. 

Belə ki, İtaliya hökuməti yüksək faiz dərəcələrindən çox qazanc əldə edən banklara 40 faiz əlavə vergi tətbiq edib və nəticədə 24 milyard dollarlıq gəlir əldə olunub. İngiltərə bu təcrübənin effektiv təsiri fonunda bank sektoru ilə bağlı dəyişiklik edə bilər. 

Böyük Britaniyanın aparıcı qeyri-hökumət təşkilatlarından biri olan "Positive Money"in siyasət üzrə rəhbəri Saymon Yuel İngiltərədəki banklara əlavə verginin tətbiq edilməsini dsətəkləyib. 

Onun sözlərinə görə, 40 faizlik əlavə vergi yalnız dörd böyük bankdan ən azı 24 milyard funt sterlinq gəlir gətirəcək.

Gülşən Şərif