İngiltərə, İtaliya və Yaponiya süni intellektdən istifadə edəcək yeni döyüş təyyarəsi istehsal etmək üçün razılaşdıqlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İngiltərənin baş naziri Rishi Sunak açıqlamasında deyib.

Baş nazir üç ölkənin yeni nəsil döyüş təyyarəsinin 2035-ci ilə qədər istifadəyə verilməsini hədəflədiyini bildirib.

Yeni döyüş təyyarəsinin Britaniya Tempest və Yaponiyanın FX döyüş təyyarələrinin xüsusiyyətlərini birləşdirəcəyi və ən qabaqcıl silah sistemlərinə sahib olacağı açıqlanıb.

Məhəbbət Məmmədov