Sürücülük hüququ olmayan və sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs ağır yol-nəqliyyat hadisəsi törədib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tağıyev Coşqun Əbülfət oğlu sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxmaqla ötmə əməliyyatı apararkən idarəetməni itirib.

Nəticədə avtomobil aşıb və sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü Tağıyeva İnci Ərzullah qızı, 2009-cu il təvəllüdlü Tağıyeva Rəqsanə Coşqun qızı və 2014-cü il təvəllüdlü Tağızadə Fəxri Coşqun oğlu xəsarətlər alıb.

Amma F.Tağızadə həkimlərin səyinə baxmayaraq aldığı xəsarətlərdən İmişli RMX-də ölüb.

Faktla bağlı istintaq aparılır.