“Bütün istiqamətlər üzrə Türkiyə ilə əlaqələrimizin fəal dövrünü yaşayırıq”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, Şuşa Bəyannaməsi ilə əlaqələr yeni müstəviyə yüksəlib.