"Ermənistana qarşı son ümummilli müharibədə qalib gəlmək mənim siyasi həyatının missiyası idi və bu, uğurla başa çatdı".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

"Bu müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və bu, uğurla başa çatdı. Yəni, müharibəni biz qazandıq. Biz ədalətimizi, ərazi bütövlüyümüzü bərpa etdik. İndi sülhdən danışırıq. Əgər Ermənistan sülh istəyirsə, biz bunu təmin edəcəyik, çünki bizim Ermənistana ərazi iddiamız yoxdur və onların da hər hansı bir torpaq tələbində olmasını istəmirik. Hazırda Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayır. Azərbaycan vətəndaşları kimi, digər etnik azlıqlar kimi - Azərbaycan bu baxımdan çox zəngindir - onlar yaşamağı və ya getməyi seçməlidirlər".