"Gələcəkdə Avropada təbii qaza tələbat azalacaq, eyni zamanda hidrogen yanacağına tələb artacaq ki, bu da müvafiq infrastrukturun yaradılmasını tələb edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol "La Repubblica"ya verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin genişlənməsi ilə neft qiymətlərinin əhəmiyyətli dərəcədə artması riski var:

"Əgər bir və ya bir neçə neft hasil edən ölkə Yaxın Şərqdə münaqişəyə cəlb olunarsa, qiymətlər rekord səviyyəyə yüksələcək.

Ümumillikdə qalıq yanacaqlara böyük sərmayələr son dərəcə düşünülmüş olmalıdır. Qaz məsələsində iki səbəb var. Birincisi 2025-ci ildən ABŞ, Qətər və digər ölkələrdən qaz tədarükü artacaq. İkinci səbəb isə odur ki, Avropada hidrogen yanacağına artan tələbat fonunda qaza tələb o qədər də böyük olmayacaq. Ona görə də bizə asan istifadə oluna biləcək infrastruktur lazımdır".

 

Gözəl Həşimova