Beynəlxalq Enerji Agentliyinin (IEA) bu il üçün neft tələbinin artımı ilə bağlı proqnozunu yüksəltməsi qiymətləri bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 20 sent və ya 0,2% bahalaşaraq 82,67 ABŞ dolları olub.

“WTI" markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 15 sent və ya 0,2% artaraq 78,28 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova