Ötən gün axşam saatlarında Gədəbəy Rayonu İcra Hakimiyyətinin (RİH) binasının birinci mərtəbəsində baş vermiş yanğının səbəbləri bəlli olub.
Bu barədə İqtisadiyyat.az-a açıqlamasında RİH başçısının birinci müavini Natiq Nağıyev məlumat verib.
Onun sözlərinə görə, yanğına səbəb qısa qapanma olub.Birinci müavin inzibati binaya ciddi fəsadın dəymədiyini qeyd edib:
“Binanın birinci mərtəbəsində qısa qapanma nəticəsində baş verən yanğın nəticəsində tavana ziyan dəyib. Yanğın elə bir ciddi fəsad törətməyib. Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Müdaxilələrdən sonra yanğın söndürülüb”.
Sadiq Cavadov
***
00.28
Gədəbəydə yanğın hadisəsi baş verib.
İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb.
Belə ki, binada anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.