I Liqada 26-cı tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, son gündə iki görüş baş tutub.

Turun mərkəzi matçında “Qaradağ Lökbatan” dogma meydanda “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

Günün digər görüşündə isə “İmişli” autsayder “Araz Saatlı”nın qonağı olub. Ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

Bu nəticələrin ardından “Şamaxı” xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. “Qaradağ Lökbatan” 53 xalla ikincidir. “Araz Saatlı” xal ehtiyatını 13-ə çatdırıb. “İmişli”nin isə 47 xalı var.

Çempion komandanın adına sonuncu – 27-ci turda aydınlıq gələcək.

I Liqa

26-cı tur

16 may

“Qaradağ Lökbatan” – “Şamaxı” 2:3

Qollar: Seyxan Fərəcov, 14-pen. Xəlil Bəşirov, 40 – Emin Zamanov, 31-pen; 48; 52.

“Araz Saatlı” – “İmişli” 2:1

Qollar: Sequn Omotoşo, 64; 69 – Xəqani Sadıxov, 89.

Turun digər oyunları:

“Difai Ağsu” – MOİK 1:1

“Zaqatala” – “İrəvan” 2:1

“Karvan” – “Mingəçevir” 1:0