Hollandiya müharibə cinayətlərinin qurbanlarının cəzasız qalmaması və ədalətin bərpası üçün Ukraynaya 17 milyon avro ayıracağını vəd edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Hanke Bruins Slot Ukraynaya səfərindən sonra məlumat verib.

Nazirlik qeyd edib ki, vəsaitin bir hissəsi də Ukraynanın məhkəmə sisteminin gücləndirilməsinə yönəldiləcək.

Bazar ertəsi və çərşənbə axşamı səfəri zamanı Bruins Slot ukraynalı həmkarı Dmitri Kuleba və prezident Volodimir Zelenski ilə görüşlər keçirib: "Bu, uzanan münaqişə olacaq, ona görə də biz Aİ və NATO ilə birlikdə Ukraynanı dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə davam etməliyik".

Bundan əvvəl Hollandiya hökuməti 2024-cü ildə Ukraynaya yardım göstərmək üçün 2 milyard avrodan çox vəsait ayrılmasını planlaşdırdığını açıqlamışdı. Ayrılan vəsait, xüsusən hərbi sursatların, texnika və silahların saxlanması, kibertəhlükəsizliyin yaxşılaşdırılması, hərbi kadrların hazırlanması, habelə ölkənin bərpası və yenidən qurulması üçün istifadə olunacaq.