"Geosiyasi şərait və strateji yaxınlaşma Rusiya-Hindistan münasibətlərini həmişə dəstəkləyəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Moskvada bir qrup politoloqla görüşündən sonra deyib.

"Geosiyasət və strateji yaxınlaşma Hindistan-Rusiya münasibətlərini həmişə müsbət trayektoriyada saxlayacaq", - o, "X"də yazıb.

Nazirin sözlərinə görə, görüşdə Hindistan-Rusiya əlaqələrinin necə inkişaf edəcəyi ilə bağlı fikir mübadiləsi aparılıb: "Qarşılıqlı fəaliyyət, çoxtərəflilik, böyük güclər arasında rəqabət və regional münaqişələr də müzakirə edilib".