Hindistanın şərqindəki Qərbi Benqaliya əyalətində güclü tufan, tornado və dolu təsirli olub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir, təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 100 nəfər yaralanıb.

Fırtına ən azı 800 evə ziyan vurub, ağacların və elektrik dirəklərinin uçmasına səbəb olub.

Xilasetmə işlərinin həyata keçirilməsi üçün bölgəyə lazımi qüvvələr yönəldilib.

 

Gözəl Həşimova