Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan, ölkədə ərzaq qiymətlərinin yüksəlməsindən sonra qaynadılmış düyü ixracına məhdudiyyətlər qoymağı planlaşdırır.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu addımın reallaşacağı təqdirdə qlobal tədarükün daha da azalacağı gözlənilir.

Məlumata görə, hökumət qaynadılmış düyü daşınmasına əlavə vergi tətbiq etməyi planlaşdırır.

 

Gözəl Həşimova