Hindistan son 7 ildə ilk dəfə oktyabr ayından şəkər ixracına qadağa qoya bilər.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb ölkədə şəkər qamışı məhsulunun azalması olub.

Məhsulun çatışmazlığı isə ölkənin qərbində və cənubunda musson yağışları ilə əlaqələndirilir. Bildirilib ki, bu qərarla Hindistan yerli sakinlərin şəkərə olan tələbatını ödəməyi və şəkər qamışından etil spirti istehsal etməyi planlaşdırır.

 

Gözəl Həşimova