Hindistan ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyindən xam neft idxalını ödəmək üçün rupidən istifadə edib.

Bu barədə İqtisadiyyat.az “Business Standard”a istinadən xəbər verir.

Məlumata görə, belə bir ödəniş dünyanın üçüncü ən böyük enerji istehlakçısı olan Hindistana öz milli valyutasını qlobal səviyyədə tanıtmağa kömək edir.

Bundan əlavə, Hindistan hazırda digər neft ixrac edən ölkələrlə rupi ilə ödəniş üzrə sövdələşmələr aparır. Bildirilib ki, ölkə neft tələbatını ödəmək üçün idxaldan 85%-dən çox asılıdır.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan Hindistana 917,9 milyon dollar dəyərində 1,5 milyon ton həcmində neft ixrac edib.

 

Gözəl Həşimova