Hindistan Qırmızı dənizdəki böhran səbəbindən İrandan neft tədarükünü bərpa etməyi planlaşdırır.

Bu barədə İqtisadiyyat.az "Business Standard"a istinadən xəbər verir.

Məlumata görə, İrandan ediləcək tədarük Fars və Oman körfəzləri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, indiyədək Hindistan qlobal sanksiyalar altında olan ölkələrin heç birindən neft almayıb.

 

Gözəl Həşimova