Uğurlu Ay missiyasından sonra Hindistan Günəşə ilk kosmik gəmisini göndərmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

Məlumata görə, sentyabrın 2-də baş tutacaq "Aditya-L1" stansiyasının buraxılışına hazırlıq gedir. Kosmik gəmi Yerdən təxminən 1,5 milyon km məsafədə yerləşən Günəş-Yer sisteminin orbitinə buraxılacaq. Orbitdə yerləşən peykin əsas üstünlüyü Günəşi heç bir maneə olmadan davamlı olaraq müşahidə etməkdir.

 

Gözəl Həşimova