"Azərbaycan həmçinin Ermənistanla əlaqələrin normallaşmasına və sülhə sadiqdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan reinteqrasiya üçün əlindən gələni edəcək.