“Əl-Qəssam” briqadaları Qəzza şəhərində İsrail Müdafiə Ordusunun əsgərlərinin olduqları minalanmış tuneli partladıblar.

İqtisadiyyat.az "RİA Novosti" kanalına istinadən xəbər verir ki,“Əl-Qəssam” döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist piyada birliyi ilə minalanmış tuneli partladıblar, bu da yaralanmalara səbəb olub”, - deyə HƏMAS-ın hərbi qanadı bəyanat yayıb.

“Əl-Qəssam” briqadasından verilən açıqlamaya görə, hərəkatın döyüşçüləri daha sonra İsrail hərbçilərini minaatanlardan atəşə tutub.