Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, 29-30 iyul tarixlərində ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Bundan əlavə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.