Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkenin müzakirə etdikləri məsələlər açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli və regional məsələlər barədə danışıblar. H.Fidan və A.Blinken həmçinin Qəzzadakı son durum, İsveçin NATO-ya üzvlüyü haqqında fikir mübadiləsi aparıblar.

*** 15.30

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü olub.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş başa çatıb.

İstanbulda baş tutan görüşün yekunları ilə bağlı birgə brifinq keçiriləcəyi bildirilir.

Daha sonra Antoni Blinkenin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

*** 13.45

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü başlayıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken ötən axşam Türkiyəyə səfərə gəlib.