Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırkı xarici işlər naziri Hakan Fidanı MİT-dəki (Milli İstihbarat Teşkilatı - red.) xidmətlərinə görə “Dövlətə üstün xidmət medalı” ilə təltif edib. 

İqtisadiyyat.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan özünün sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının görüşündən əvvəl 13 il MİT-in müşaviri və prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmış Fidana “Dövlətə üstün xidmət medalı” təqdim edib.

Fidan təltif edildikdən sonra fikirlərini bölüşüb: "Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram".

Prezident Ərdoğan isə, "Rəbbim məkanlarını cənnət eləsin", - deyə qarşılıq verib.