Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, qəsəbənin və kəndin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinə başlanılır.

Dövlət Xidməti tikinti-quraşdırma işlərini İnşaatçı-Neftçi MMC-yə həvalə edib və şirkətlə dəyəri 13 milyon manat olan müqavilə bağlayıb.