Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işləri davam etdirilir.

Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, kəndin sahədaxili mühəndis-kommunikasiya sistemləri üzrə (PTM, KTM, yüksək və alçaq gərginlik xətləri və rabitə xətləri) tikinti-quraşdırma işlərinə başlanılır.

Dövlət Xidməti tikinti-quraşdırma işlərini “VS Enerji Servis” MMC-yə həvalə edib və şirkətlə 12,3 milyon manat dəyərində müqavilə bağlayıb.