“Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb”​.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi qeyd edib ki, müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinə başlanılacaq.

O həmçinin deyib ki, təmirlə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim ediləcək.