Gürcüstan Türkmənistan qazının öz ərazisindən Türkiyəyə nəqli üçün yeni layihələri dəstəkləyir və bu layihələrdə yardım göstərməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Aşqabaddakı səfiri Konstantin Sabiaşvili bildirib.

Onun sözlərinə görə, Tbilisi infrastruktur layihələrinə sərmayə qoyur, nəqliyyat və tranzitin inkişafına xüsusi diqqət yetirir:

"Türkmənistan enerji sektorunda etibarlı tərəfdaş olub və olaraq qalır və biz ümid edirik ki, mövcud əlaqələr yeni istiqamətlərdə inkişaf edəcək. Gürcüstan tərəfi türkmən qazının Gürcüstan ərazisindən Türkiyəyə nəqli üçün yeni layihələri dəstəkləyir və fəal şəkildə kömək etməyə hazır olduğunu bildirir ”.

 

Gözəl Həşimova