Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycandan neft və neft yağları idxalı illik müqayisədə 11 507,8 ton və ya 14,8% azalaraq 65 786,4 ton təşkil edib.

Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT)  verilən məlumata görə, hesabat dövründə idxal edilən məhsulun dəyəri illik ifadədə 25 695,7 min ABŞ dolları və ya 2,4 dəfə azalaraq 17 519,3 min dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 77 294,2 ton neft və neft yağları idxal edib ki, bunun da ümumi dəyəri 77 294,2 min dollara bərabər olub.