Sağlamlığınıza zərər verməyəcək qəhvənin maksimum gündəlik dozası açıqlanıb.

Bu barədə İqtisadiyyat.az "Daily Mirror"a istinadən xəbər verir.

Mütəxəssislər iddia edir ki, gündə üç stəkan qəhvə içsəniz, bu, nəinki bədənə zərər verməyəcək, həm də ürək və beyin sağlamlığınızı yaxşılaşdıracaq. Lakin 3 stəkandan çox qəhvə içilməsi məsləhət görülmür. Araşdırmalara görə, qəhvə içənlərin ürəyi içməyənlərdən daha yaxşı işləyir.

Qeyd edək ki, Azərbaycan bu ilin yanvar-avqust aylarında 53,1 milyon dollar dəyərində qəhvə idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon dollar azdır.

 

Gözəl Həşimova