Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N.M.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, Sərəncam ilə, Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər bir Sərəncamı ilə, Məhərrəm Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.