Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.

"Chevrolet" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı maşına çırpılması nəticəsində 1983-cü il təvəllüdlü Vaqif Rəhimov və onun oğlu 2007-ci il təvəllüdlü F.Rəhimov xəsarət alıb.

Hər ikisi xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.