Gəncədə iki minik avtomobili toqquşub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb. 

Belə ki, 1962-ci il təvəllüdlü Qasımov Məhət İsbi oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla 1995-ci il təvəllüdlü Cəfərov Tural Xaləddin oğlunun idarə etdiyi "Opel” markalı avtomobil toqquşub. 

Nəticə "VAZ 2106"da olan sərnişin Məmmədov Ayaz Çərkəz oğlu aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.