Gəncədə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin "çay qırağı" deyilən ərazisində baş verib.

Belə ki, satmaq məqsədi ilə metal yığan 33 yaşlı R.Heydərov dəmir parçasını götürmək istəyən zaman beton parçası onun üzərinə aşıb.

Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.