Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Nizami prospeki ilə M.Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Hüseynov Zöhrab Ruslan oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə dönmə əməliyyatı apararkən Məmmədov Səbuhi Məhəmmədəli oğlunun idarə etdiyi Zil-130 markalı yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü Z.Hüseynov özü və sərnişin Mustafayev Çingiz Nicat oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, digər sərnişin Qəhramanzadə Mehdi Mübariz oğlu isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi istintaq edilir.