Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov işdən çıxarılıb.

Bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü V. Cənnətov bu vəzifədə 2021-ci ildən çalışırdı. O, daha öncə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.