“Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: 

“Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır. Bu, qlobal əhəmiyyətli məsələdir”.