Gələn həftədən Azərbaycana bəzi məhsullarının idxalı qadağan olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənməlidir.

Bununla bağlı qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri agentliyə müraciət etməlidirlər.

2024-cü il yanvarın 1-dək təsdiq üçün agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına isə məhdudiyyət tətbiq olunacaq. Bununla da, həmin müəssisələrdən xüsusi risk qrupuna daxil olan məhsulların respublikamıza idxal edilməsi mümkün olmayacaq.

Ona görə də istehsal etdikləri qida və yem məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün obyektlər tərəfindən qeydiyyat və təsdiq üçün vaxtında müraciət edilməlidir.