"Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda HƏMAS hərəkatı ABŞ-də hücumlar həyata keçirə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib.

"Biz HƏMAS və ya başqa bir xarici terror təşkilatının hazırkı münaqişədən istifadə edərək burada, bizim torpaqlarımızda hücumlar təşkil etmək ehtimalını rədd edə bilmərik və rədd etmirik", - o, Senatdakı dinləmələrdə deyib.

Onun sözlərinə görə, FTB HƏMAS və ona bağlı təşkilatların fəaliyyətini izləyir.