Fransanın yeni Baş nazirinin təyin edilməsi prosesi prezident tərəfinin tərəddüdü səbəbindən ləngiyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "LCI" telekanalı məlumat yayıb.

Məlumata görə, təyinat siyasi ənənələrə uyğun olaraq yanvarın 8-də axşam, Fransanın Baş naziri Elizabet Born vəzifəsindən istefa verdikdən dərhal sonra gözlənilirdi. Lakin təyinat heç bir izahat verilmədən bugün səhər saatlarına təxirə salınıb.

Qeyd edilib ki, yeni təyinat ilə bağlı prezident Emmanuel Makron hələ ki fərman imzalamayıb.

 

Gözəl Həşimova