Fransanın Baş naziri Qabriel Attal parlament seçkilərinin ilkin nəticələrini açıqladıqdan sonra bu gün istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

İqtisadiyyat.az bu barədə "Le Figaro"ya istinadən xəbər verir.

Məlumata görə, Qabriel Attal bu ilin yanvarında hökumətin başına keçib. Eyni zamanda o, lazım olduğu qədər hökumət başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Attal Fransa tarixinin ən gənc Baş naziri olub.

 

Gözəl Həşimova