Hökumətdən dəstək tədbirləri tələb edən fermerlər Fransanın 40 bölgəsində etiraz aksiyaları keçirirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli Polis Departamentinin ərazi kəşfiyyat xidməti məlumat yayıb.

Məlumata görə, inflyasiya və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının artması fermerlərin gəlirlərini azaltdığı üçün Fransada kütləvi nümayişlər keçirilir. Etiraz əlaməti olaraq traktorda olan fermerlər yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.

 

Gözəl Həşimova