Fransa və Avstraliyanın xarici işlər nazirləri Hind-Sakit Okean regionunda təhlükəsizlik və ətraf mühit məsələlərində sıx əməkdaşlıq etmək niyyətlərini əks etdirən yol xəritəsini təqdim ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu yol xəritəsi üç sütun ətrafında qurulub: müdafiə və təhlükəsizlik; iqlim dəyişikliyi ilə mübarizə; təhsil və mədəniyyət. Biz Hind-Sakit okean regionunun üzləşdiyi strateji çağırışları bilirik və tərəfdaşlığımızdan regionda sülh, sabitlik və rifahı təşviq etmək üçün istifadə edirik", - məlumatda deyir.

"Hind-Sakit Okean regionu ölkələri kimi, Fransa və Avstraliya Hind-Sakit okean regionunda açıqlığı, sabitliyi, rifahı və inklüzivliyi, habelə bu regionda yerləşən bütün dövlətlərin suverenliyinə hörməti təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər. Biz strateji rəqabətin münaqişəyə çevrilməsi riskini azaltmaq üçün əməli tədbirləri təşviq etmək öhdəliyi götürməyə razıyıq", - məlumatda əlavə edilib.