Fransanın paytaxında 2024-cü il Paris Olimpiadası üçün nəqliyyat hazırlıqları vaxtında yetişməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Paris meri Ann İdalqoya Fransanın "TMC" telekanalında yayımlanan “Quotidien” proqramında bildirib.

Mer Paris Olimpiadasına ev sahibliyi etməyə hazırlaşan şəhərdə görülən işləri dəyərləndirib.

Parislilərin hazırda gündəlik nəqliyyat təmin etməkdə çətinlik çəkdiklərini bildirən İdalqo, olimpiadaların keçiriləcəyi yarış ərazilərində ictimai nəqliyyatla bağlı görülən işlərin tamamlanmayacağını qeyd edib.

Onun sözlərinə görə, Fransa 2024-cü il Paris Olimpiadasına hazır olmayacaq və hökumət bu gecikməyə görə məsuliyyət daşıya bilər.

 

Gözəl Həşimova