"Fransa Qəzza zolağında İsrail yaşayış məntəqələrinin tikintisinə qarşıdır və İsrail dövlətinin rəhbərliyindən fələstinlilərin köçürülməsi planlarından əl çəkməsini tələb edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Fransa Qüdsdə İsrail hökumətinin 10-a yaxın nazirinin iştirakı ilə Qəzzada məskunlaşmaların yaradılmasını və Qəzzanın Fələstin əhalisinin bu ərazidən köçürülməsini təşviq edən konfransın keçirilməsini pisləyir. Fransa bu cür fikirlərin hər kəs tərəfindən açıq şəkildə pislənməsini gözləyir", - bəyanatda deyilir.

Qeyd edək ki, yanvarın 28-də Qüdsdə Qəzza zolağında məskunlaşma fəaliyyətinin bərpasına dəstək konfransı keçirilib. Orada İsrailin 11 naziri və hakim koalisiyadan 15 deputat iştirak edib.