"Fitch" beynəlxalq reytinq agentliyinin ABŞ-ın kredit reytinqini endirməsi neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 4 sent və ya 0,1% bahalaşaraq 83,24 ABŞ dolları olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 0,1% artaraq 79,53 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova