Finlandiya Daxili İşlər Nazirliyi miqrantların öz vətənlərinə könüllü qayıtmasının asanlaşdırılması ilə bağlı yeni əsasnamə qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Finlandiyada sığınacaq istəməyənlərə 30 gün ərzində könüllü olaraq evlərinə qayıtmaları üçün 5300 avro ödəniləcək.

Ödənişi almaq üçün miqrantlar 30 gün ərzində ərizə verməlidirlər. Ərizə daha gec təqdim olunarsa, ödəniş 2000 avro olacaq.

Yeni tənzimləmə gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.

 

Gözəl Həşimova