FHN-nin əsaslı tikinti idarəsi elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "AVS-TƏMİR-TİKİNTİ" MMC olub. Qalib şirkətə 286.642,33 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 350 AZN, predmeti isə Fövqəladə Hallar Nazirliyinin "Nəqliyyat Servis FH" MMC - nin təmir sexlərində, inzibati binasında və servisyanı ərazisində təmir işlərinin satınalınmasıdır.

Satınalan təşkilatın VÖEN-i: 1401033061

Satınalan təşkilatın ünvanı:  Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsi 69

Ətraflı: https://etender.gov.az/main/competition/detail/294098

Əlavə edək ki, “AVS-Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ Ş, C.Cabbarlı, ev 15A ünvanında fəaliyyət göstərir. “AVS-Təmir-Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüqar Hacı Südef oğludur.